VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astarada 2 il əvvəl istifadəyə verilən və 2000 nəfər insanın istifadə etdiyi  yol yararsız vəziyyətə düşüb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 2017-ci ildə istifadəyə verilən yeni Təxtənəkəran-Miki avtomobil yolu artıq yararsız vəziyyətə düşüb. Yolun altı çınqıllı torpaq olduğundan, yağış yağandan sonra torpaq suyu özünə çəkir, zaman keçdikcə yolda çala və erroziyaların sayı artır.

Bu ildən isə yol ondan istifadə edən 2000-ə yaxın insana daha çox problemlər yaradır. Sürücülər bu yoldan gün ərzində çətinliklə keçməli olurlar. Kənd sakinlərini narahat edən digər bir məsələ yol dağılarsa, rayonla əlaqənin kəsilməsidir. Belə ki, kəndlə rayon mərkəzi arasında təxminən 40 km məsafə var.

Məsələ ilə bağlı Astara Rayon Siyəkü Kənd Bələdiyyəsindən bildirildi ki, artıq rəsmi qaydada əlaqədar qurumlara məlumat verilib və müvafiq tədbirlər görüləcək.

BAKU.WS
QALEREYA