SİZİN REKLAM BURADA!
055 213 76 73


Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə Azneft Meydanı yaxınlığındakı keçiddə pop-korn satan gənc tapılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

“Bir neçə gündür Azneft Meydanının yaxınlığındakı keçiddə popkorn satan gənclə bağlı geniş müzakirələr aparılır. Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənci tapdıq.

Deməli, Seyfullayev İsrafil Vüqar oğlu 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX - cu sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.

Əmək Məcələsi 15 yaşından sonra işləmək hüququ verir.

İsrafilin arzusuna uyğun olaraq peşə məktəbinə qəbul olunması üçün ona təklif ediləcək”, - deyə nazirlik rəsmisi bildirib.
BAKU.WS
VİDEO
TƏKLİF