VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin deputatı Rasim Musabəyov "Popkorn" satanla mübarizədən qalib çıxıb.

BAKU.WS  deputat bu barədə "Facebook" səhifəsində yazıb:

"Dünən axşam Azneft meydanı yaxınlığında yeraltı keçid popcorn qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq nə qədər müddət davam edəcək.

Bu kiçik məsələ olsa da, ictimaiyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir. Bəzi muzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər.

Müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir. Sadə feysbuk status ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu. 

Bu, mənim üçün sosial şəbəkə vasitəsilə içtimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm. İstehzalı və bəzən qərəzli şərhlər isə müəlliflərin vicdanına qalsın".

Zülfiyyə Qurbanova
BAKU.WS