SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ay məmurlar, siz bunu görmürsüz? Bakılıları zəhərləyənlərə və bizi qonaqların qarşısında utandıranlara qarşi kimsə ölçü götürəcək?"

BAKU.WS xəbər verir ki, bu sözləri Azneft meydanı ərazisində yerləşən yeraltın keçiddə "popkorn" satılmasına qarşı çıxan Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

"Bakılıları və paytaxtımızın qonaqlarını sevindirmək üçün milyonlarla dövlət vəsaiti xərclənən bu yeraltı keçidə həyasızcasına "popkorn" satıcısı qoyulub  və bütün ətrafı iyləndirib.

İcazəsiz işləyirlər, dövlətin elektrik enerjisindən pulsuz istifadə edirlər, vergi vermirlər. Bütün bunlar onlarla məmurun gözü qarşısında baş verir", - deyə deputat Rasim Musabəyov qeyd edib. 

BAKU.WS