055 213 76 73
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə bildirib ki, marafonla əlaqədar mayın 5-də saat 10:00-dan 15:00-dək Dövlət Bayrağı Meydanından başlayaraq Dənizkənarı bulvar boyu, Milli Park ərazisi ilə Azadlıq meydanı – Dəniz vağzalının yanı – Neftçilər prospekti – Ağ Şəhər bulvar yolu ilə dairədən geriyə yürüş keçirməklə, Yusif Səfərov küçəsi – 10-cu zavod dairəsi – tunel – Ə.Qədirbəyov küçəsi - Heydər Əliyev Mərkəzi və əlavə yolla hərəkətin əks istiqamətində olaraq, Koroğlu metrosu istiqamətində - “ASAN xidmət”in inzibati binasının yanından sola - Böyük şor karxanası küçəsi - Xəlil Rza Ulutürk küçəsi – tunel vasitəsilə Olimpiya Stadionu istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Həmin ünvanlar üzrə hərəkət edən avtomobillərin sahiblərindən və sürücülərdən tədbiri nəzərə alaraq şəxsi avtomobillərdən az istifadə etmələri, alternativ yollarla hərəkətə üstünlük vermələri tövsiyə olunur.
BAKU.WS