055 213 76 73
BAKU.WS xəbər verir ki, Səhiyyə Nazirliyindən Xəzər TV-yə verilən məlumata görə, respublikanın bütün rayon və şəhərlərində olan tibb ocaqları tələbata görə zərdabla təmin olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun sözlərinə görə, ilan zərdabları ilə bərabər it dişləmələri və quduzluğa görə də zərdablar tibb müəssisələrinə göndərilib.
O, həmçinin bildirib ki, bu il zərdab yerləşdiriliməsi ilə bağlı yenilik edilib.
Qeyd edək ki, zərdab vurulması dövlər hesabına pulsuz həyata keçirilir. Vaksinlər İtaliya və Özbəkistan istehsalıdır.
BAKU.WS
VİDEO