SİZİN REKLAM BURADA!
055 213 76 73


Heydər Əliyev prospekti, Beynəlxalq Hava Limanı yol qovşağından şəhər istiqamətinə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.

Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən BAKU.WS-ə məlumat verilib.

Məqsəd Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
BAKU.WS