VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı metrosunun təmirə bağlanan “Xətai” stansiyasında işlər avqust ayının 10-da başa çatacaq.

Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, stansiyada təmir işləri avqustun 10-da yekunlaşsa da, onun açılışı təxminən 1 həftə ərzində reallaşacaq.

“Hardasa stansiyanın açılışı avqust ayının ortalarında baş tutacaq. Bu da, təmirdən sonra yoxlama işlərilə bağlıdır”, - deyə qurum rəsmisi bildirib.

B.Məmmədov deyir ki, stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator sökülüb, əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılıb.

“Eskalatorlar artıq quraşdırlıb. Hazırda sazlanma işləri davam edir”.

Ziya SƏCCAD
BAKU.WS