SİZİN REKLAM BURADA!
055 213 76 73


"Əmək haqlarının artırılması daha məqsədəuyğundur, nəinki elektrik enerjisi və qaza qoyulan limitin ləğvi”.

Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib:

Deputat qeyd edib ki, ölkə başçısı sosial sahədə böyük addımlar atır:

Əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması ilə bağlı tədbirlər getdikcə daha da çoxalacaq. Məlumdur ki, elektrik enerjisinə və qaza tətbiq olunan limitin məqsədi artıq məsrəfə yol verilməməsi, qənaət rejimindən istifadə olunmasıdır. Əhalinin gəliri artıqca bu problemlər öz-özlüyündə həll olunacaq.

Doğrudan da limitlərin tətbiqi hər kəsin qazı və elektrik enerjisini qənaətlə işlətməsinə şərait yaratdı. Əlbəttə, maliyyə imkanlarımız artıqca vətəndaşlarımız üçün sosial tədbirlər də çoxalacaq. Lakin hələ ki, qaz və elektrik enerjisi ilə bağlı limitlərin ləğvi real deyil. Təbii ki, iqtisadi imkanlarımız genişləndikcə, limitlərin aradan qaldırılması mümkün ola bilər”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə təbii qazın limitinin ləğv edilməsi ilə bağlı müxətlif statuslar yer alır. İstifadəçilər təyin olunmuş 1700 kub təbii qaz limitinin çox az olduğunu bildirilər.
BAKU.WS