SİZİN REKLAM BURADA!
055 213 76 73


Maliyyə Nazirliyinin Sabirabad rayon Maliyyə İdarəsinin rəhbəri Hüseynağa  Gülüşov işdən azad olunub. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, idarənin rəhbəri ötən gün vəzifəsindən çıxarılıb.  

Belə ki, Maliyyə Nazirliyi  tərəfindən idarədə yoxlamalar aparılıb və nöqsanlar aşkarlanıb. Buna görə də sədr işdən azad olunub.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, Hüseynağa Gülüşov dövlət qulluğu olmanın yaş həddini doldurduğuna görə öz arzusu ilə dözlət qulluqçusu vəzifəsinə xitam verilib. 

Qeyd edək ki, H. Gülüşovun adı mətbuatda müxtəlif dövrlərdə maliyyə maxinasiyaları məsələsində hallanıb. 

BAKU.WS