SİZİN REKLAM BURADA!
055 213 76 73


DYP-nin stasionar postlarında BDYPİ tərəfindən hazırlanmış “YOL HƏRƏKƏTİ QAYDALARI UŞAQLARIN GÖZÜ İLƏ” mövzusunda rəsm bukletləri sürücülərə təqdim olunur.

BAKU.WS xəbər verir ki, həmin bukletlərdəki rəsm işlərinin əsas mahiyyəti hərəkət iştirakçılarının maarifləndirilməsi ilə yanaşı yol hərəkəti qaydalarına riayət olunması, sürət rejiminə nəzarət edilməsi, sürücülərin, eyni zamanda sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsi və digər müxtəlif tövsiyyələrdən ibarətdi.
 
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları bütün hərəkət iştirakçılarını təhlükəsiz yol diləyi ilə yol hərəkəti qaydalarına əməl etməyi xahiş edib. 

Xatırladırıq ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi 5 aprel 2019-cu il  tarixindən, 25 may 2019-cu il tarixinədək uşaqlar arasında “YOL HƏRƏKƏTİ QAYDALARI UŞAQLARIN GÖZÜ İLƏ” mövzusunda rəsm müsabiqəsi  keçirdir. Bunun əsəs məqsədi - uşaqlar arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, eləcədə yol hərəkəti qaydaları haqqında biliklərin artırılmasıdır.

Müsabiqənin keçirilməsi, əsərlərin qəbulu, qiymətləndirilməsi və qaliblərin müəyyən edilməsi qaydaları Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi internet dyp.gov.az saytında yerləşdirilmişdir.

Tədbir davam etdirilir.
BAKU.WS
QALEREYA