VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yollarda xətlənmə işləri aparılır.

Bu bərədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində bu gün günorta saat 12:00-dan axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin çəkilməsi, həmçinin axşam saat 23 00-dan səhər saatlarına qədər Mirzəağa Əliyev  və Səməd Vurğun küçələrinin kəsişməsində  sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədilə  xətlənmə işləri aparılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
BAKU.WS