"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsini icra edən Rövşən Məmmədov Aparat rəhbərini vəzifəsindən azad edib.

BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, R.Məmmədovun müvafiq əmri ilə, Aparat rəhbəri vəzifəsini icra edən Cabbar Quliyevi işdən çıxarıb.

Xəbəri Unikal.org-a Cabbar Quliyev təsdiqləyib.

Qeyd edək ki, Rövşən Məmmədov Cabbar Quliyevi bu ilin yanvar ayında Aparat rəhbəri vəzifəsinə təyin etmişdi.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ