VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ukraynanın Kiyev şəhərində 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilir. Aprelin 7-dən başlayan olimpiada bu ayın 13-dək davam edəcək.

50 ölkədən nümayəndələrin qatıldığı olimpiadada Avropa ölkələri ilə yanaşı, ABŞ, Kanada, Avstraliya və digər ölkələrin məktəbliləri iştirak ediblər.

Azərbaycanı bu yarışda Zəhra Bayramlı, Fidan Qarayeva, Şəms Əliyeva və Fidan Babayeva təmsil ediblər. Bu mötəbər bilik yarışında Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva bürünc medal qazanıb.

Fizika-riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Zəhra Bayramlı və Şəms Əliyeva isə olimpiadanın xüsusi mükafatı olan həvəsləndirici serifikata layiq görülüblər.

Azərbaycan məktəbliləri dördüncü dəfədir ki, bu yarışmada iştirak edirlər.

İlk dəfə 2012-ci ildə İngiltərədə təşkil olunan Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) məktəbli qızlar arasında keçirilən bilik yarışıdır. 2017-ci ildə İsveçrədə 43 ölkənin iştirakı ilə keçirilən olimpiadaya azərbaycanlı şagirdlər də qatılıb, məktəblilərimiz bu yarışda iki həvəsləndirici serifikata layiq görülüb.

BAKU.WS