“Məncə direktorlar işə qəbul edilərkən özləri də psixoloji testdən keçməlidirlər. Məsələn 162 saylı məktəbdə baş verən hadisə ilə bağlı fotosu yayılan qadın ümumiyyətlə direktora oxşamırdı”.

BAKU.WS Bizimyol.info-ya istinadən xəbər verir ki, bunu deputat Dilarə Cəbrayılova Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda konfransda deyib.

O, bildirib ki, özü də məktəb direktorudur. “Mən 295 saylı direktor işləyirəm. Məktəb cəmiyyəti cilalayan bir məkandır. Ona görə də, məktəblərlə bağlı bu cür informasiyaların yayılmasını doğru saymıram. Bu, məktəbə qarşı cəmiyyətdə inamsızlıq və qorxu yaradır. Biz məktəbi pisləməklə nə əldə edə bilərik? Biz valideyn olaraq əvvəlcə özümüzü düzəltməliyik. Sonra məktəblə münasibətləri normallaşdırmalıyıq.”.

Deputat vurğulayıb ki, konkret 162 saylı məktəbdə baş verən hadisədə isə məktəblə valideyn münasibətinin düzgün qurulmadığı müşahidə edilir. “Məktəbin rəhbərliyi, psixoloqlar öz vəzifələrinin öhdəsindən düzgün gəlməyiblər. Hətta hadisə baş verəndən sonra da vəzifə borclarını düzgün yerinə yetirməyiblər. Uşağı vaxtında xəstəxanaya çatdırmaq lazım idi, nəinki ona nəyisə dedirtmək”.

Deputat təklif edib ki məktəblərdə psixoloq ştatlarını artırmaq lazımdır.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ