SİZİN REKLAM BURADA!
055 213 76 73



Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşərək yolun hərəkət hissəsini bağlayan iri qaya parçaları yoldan götürülüb.

BAKU.WS ONA-ya istinadən xəbər verir ki, əraziyə cəlb olunan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) texnikasının və canlı qüvvəsinin yardımı ilə yolda hərəkət bərpa olunub.

Qeyd edək ki, Quba-Xınalıq yolunda hərəkət günorta saatlarında qaya parçalarının yola düşməsi nəticəsində bağlanmışdı.

BAKU.WS