SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıdan Sumqayıta yeni avtobus xətti açılıb.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Nuridə Allahyarova BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, Qaçqın və və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair ölkə başçısının tapşırığına müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Xırdalan şəhəri

və Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə nəqliyyat kommunikasiyasının təmin edilməsi məqsədilə "Stansiya Sumqayıt-Bakı Beynəlxalq Avtovağzal Kompleksi" marşrutu üzrə 533 saylı yeni xəttin açılmasına dair göstəriş verib.

Həmin marşrut xətti üzrə bu gündən etibarən 6 ədəd avtobus sərnişinlərin xidmətində olacaq.

Qeyd olunan ərazidə müvəqqəti olaraq 5000-ə yaxın məcburi köçkün məskunlaşıb.

BAKU.WS