VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda soğan idxalı rüsumdan azad olunacaq, kələm, soğan və kartof ixracına isə rüsum tətbiq olunacaq.

BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev "Diqlas" ticarət mərkəzinin yanğından zərər çəkmiş sahibkarlarla görüşü zamanı deyib.

Nazir bildirib ki, ölkədə soğan qiymətlərinin artması ilə əlaqədar monitorinqlər aparılır. Ş.Mustafayev əlavə edib ki, kələm qiymətlərində də artım müşahidə olunur:

"Bu məsələ bizi narahat edir və biz qiymət artımının səbəbini aydınlaşdırmağa çalışırıq".

BAKU.WS