055 213 76 73
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi “YOL HƏRƏKƏTI QAYDALARI UŞAQLARIN GÖZÜ ILƏ” mövzusunda uşaq və yeniyetmələr arasında rəsm müsabiqəsi elan edir.
Bu barədə BDYPİ-nin HTT və İQƏŞ-nin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev BAKU.WS-ə bildirib.
• Təqdim olunan əsərlər müəyyən edilmiş mövzular üzrə olmalıdır;
• Müsabiqədə 7-16 yaş arası şəxslər iştirak edə bilər;
• Müsabiqəyə təqdim edilmiş əsərlər geri qaytarılmır;
• İştirakçının sənədləri tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda
təqdim etdiyi əsər müsabiqəyə buraxılmır;
• Bir müəllif tərəfindən müsabiqəyə 2 və daha artıq əsər təqdim edilə bilər;
• İştirakçı təqdim etdiyi əsərin üzərində (əsərin aşağı sağ künçü tövsiyə olunur)
adını və yaşını qeyd etməlidir;
• Müsabiqəyə təqdim edilən əsərlərin iştirakçı tərəfindən yaradılmasına əsaslı
şübhələr olduqda əsər müsabiqəyə buraxılmır;
• Əsərlərin qəbulu 05.04.2019-cu il tarixindən 25.05.2019-cu il tarixinə kimi
aparılacaq;
• Qaliblər 30.05.2019-cu il tarixində müəyyən olunacaq.
• materialın tamaşaçı üçün informasiya payı;
• təqdim olunan əsərin üslub xüsusiyyətləri, bədii-estetik səviyyəsi;
• qərəzsizlik və məsuliyyət;
• ictimai maraqların müdafiəsi.
• Yaradıcılıq işləri poçt vasitəsi ilə və ya hər gün (bazar günü istisna olmaqla) saat
10:00-dan 17:00-dək Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin
təbliği və ictimai qurumlarla əlaqə şöbəsinə təqdim olunmalıdır.
• Müsabiqəyə təqdim ediləcək əsərlərin fotosu [email protected] elektron poçt
ünvanına göndərilməlidir.
• İştirakçının şəxsiyyət vəsiqəsinin surəti;
• Yaşayış ünvanı və əlaqə vasitələri haqqında məlumat.
• Müsabiqənin yekun nəticələri kütləvi informasiya vasitələrində geniş
işıqlandırılacaq və seçilmiş əsərlərdən təbliğat-təşviqat xarakterli çap
nümunələrində istifadə olunaçaq.
• Seçilmiş əsərlərdən ibarət toplu albom şəklində nəşr olunacaq.
Tel: +994 12 590 81 07 ; faks: +994 12 498 02 17; e-mail: [email protected]