SİZİN REKLAM BURADA!
055 213 76 73



Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 8 ticarət mərkəzi təklif olunub.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, artıq 20-ə yaxın sahibkar 5 ay icarə haqqı ödənilməmək şərti ilə “Aygün” və “Sədərək” ticarət mərkəzlərində, Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ticarət obyektləri ilə təmin olunub.

Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.

BAKU.WS