SİZİN REKLAM BURADA!
055 213 76 73



“Dünən yayılan və ölkə gündəmini zəbt edən qızların videosu ilə bağlı xaricdə yaşayan Məhəmməd Mirzəli tərəfindən ortaya atılan iddia gülünc və mənasızdır. Burada mənim və övladlarımın adının hallanması şantaj və böhtan xarakteri daşıyır”.

BAKU.WS xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev deyib. O, bildirib ki, sözügedən videonun çəkilməsində və yayılmasında oğlunun iştirak etməsi ilə bağlı M. Mirzəli tərəfindən yutubda yerləşdirilmiş video başdan-başa uydurma və cəfəngiyatdır.

İcra başçısı eyni zamanda qeyd edib ki, nə onun özünün, nə də övladlarının Rusiyada heç bir biznesi yoxdur: “Əgər belə 1 biznes mövcuddursa, mən oradakı bütün obyektləri və gələn gəlirləri Mirzəliyə bağışlayıram.

Bu uydurma məlumat əslində hüquqi məsuliyyət yaradır. Əgər M. Mirzəli Azərbaycanda yaşamış olsaydı, bu cür ağır ittihamlara görə qanun qarşısında cavab vermiş olacaqdı”.

Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. Rəsmi məlumatda videonun yayılmasında Bakı şəhər sakini Valeh İsrafilov və RF vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimovun adları hallanır.

BAKU.WS