VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əlilliyin müəyyən edilməsi zamanı nəzərə alınacaq amillər məlum olub.

BAKU.WS
  xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsi zamanı bildirib ki, “Əlilliyin müəyyən olunması meyarları haqqında" qanun layihəsində əlilliyin müəyyən olunması meyarlarında aşağıdakı iki amil nəzərə alınır:

Təsnifatlar - Tibbi-sosial ekspert komissiyaları tərəfdən vətəndaşların tibbi sosial ekspertizadan keçirilməsi zamanı əlilliyin müəyyən olunması üçün əsas götürülməklə, xəstəlik, zədə və çatışmazlıqlar və onların təzahür dərəcələri, eləcə də insanın həyat fəaliyyətinin başlıca kateqoriyaları və onların təzahür dərəcələri ilə əlaqədar olaraq insan orqanizminin sabit pozuntularının başlıca növlərini müəyyənləşdirir;

Meyarlar - Tibbi-sosial ekspert komissiyaları tərəfdən vətəndaşların tibbisosial ekspertizadan keçirilməsi zamanı əlilliyin təyinatı üçün əsasları müəyyənləşdirir.

Sənəd 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

BAKU.WS