SİZİN REKLAM BURADA!
055 213 76 73



Prezident İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 25 fevral 2019-cu il tarixli müvafiq sərəncamı ilə 14 növ sosial müavinətin, yeddi növ prezident təqaüdünün artırılması, iki növ yeni prezident təqaüdünün təqdim edilməsi ilə bağlı bütün normativ hüquqi aktlar aidiyyəti üzrə təqdim olunub.

BAKU.WS Oxu.az-a istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə normativ hüquqi aktlar imzalanacaq və aprel ayında vətəndaşlar öz ödənişlərini artımla alacaqlar:

"Artımlar 600 min insanı əhatə edəcək, onun 300 mindən çoxu əlilliyi olan şəxslərdir. Ümumilikdə, bu artımlar üçün əlavə 400 milyon manat vəsait tələb olunur. Düşünürəm ki, onlar artıq bu ayın ödənişini artımla bərabər ala biləcəklər".

Nazir qeyd edib ki, "Məşğulluq" alt sistemi yaxın günlərdə sınaq test rejiminə başlayacaq:

"İlk dövrlərdə həm mərkəzlərin fəaliyyət göstərməsi, həm də elektron sistem vasitəsilə əhaliyə xidmət göstərəcək. İki-üç aylıq sınaq dövründən sonra tam elektrona keçiriləcək. Boşluqlar aradan qaldırıldıqdan sonra sistem tam elektron fəaliyyət göstərəcək".

BAKU.WS