VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar prospektin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam etdiyindən sabah da həmin ərazidən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar dəyişilmiş sxem üzrə hərəkət edəcəklər.

Bakı Nəqliyyat Agentliyindən (BNA) BAKU.WS-ə verilən məlumata əsasən, sabah gün ərzində Qara Qarayev prospektindən keçən müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz hərəkətini təmin etmək məqsədilə Agentlik tərəfindən bütün zəruri addımlar atılmaqdadır.

BNA-nın İntelektual İdarəetmə Mərkəzi tərəfindən Qara Qarayev prospektində ictimai nəqliyyatın, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülməkdədir. Hadisə ərazisinə yaxın ətraf küçə və prospektlərdə nəqliyyatın hərəkətində sxılığın yaranmaması üçün həmin istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmək tövsiyə olunur. Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarından yaranmış vəziyyəti anlayışla qəbul etmələrini xahiş edir.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən görülən tədbirlər nəticəsində 26 mart tarixində gün ərzində müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz hərəkəti təmin edilib. Görülən tədbirlər sayəsində ictimai nəqliyyatın fəaliyyətində çətinliklər müşahidə olunmayıb.
Məhdudiyyətin davam etdiyi müddətdə Qara Qarayev prospektindən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar Bəkir Çobanzadə, Məhsəti Gəncəvi küçələrindən keçməklə hərəkət edib.

BAKU.WS