Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən növbəti maarifləndirici tədbir keçirilib.

BDYPİ-nin şöbə rəisi Rüfət Quliyevin BAKU.WS-ə verdiyi məlumata görə, tədbir zamanı DYP-nin stasionar postlarında sürücülərə BDYPİ tərəfindən hazırlanmış bukletlər təqdim olunur.


“Həmin bukletlərdə sürücüləri bayram münasibətilə təbrik edən yol polisi onlara müxtəlif tövsiyyələr də verir

Tövsiyyələrin əsas mahiyyəti bayram günlərində səfərə çıxan sürücülərin sürət rejiminə nəzarət etməsi, sürücülərin eyni zamanda sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə olunması, yorğun və yuxusuz halda sükan arxasına əyləşməmək və digər tövsiyələr qeyd olunub”, - deyə Rüfət Quliyev qeyd edib.


Polis polkovnik-leytenantı əlavə edib ki, bütün postlarda keçirilən tədbirlər sürücüləri maarifləndirmə ilə yanaşı, bayram günləri yol qəzalarının qarşısının alınmasına xidmət edir:

“Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını bayram münasibətilə təbrik edir, onlara təhlükəsiz yol diləyi ilə yol hərəkəti qaydalara əməl etməyi xahiş edirik. Unutmayın ki, səbr və intizam təhlükəsizliyi qarantıdır”.

Qeyd edək ki, tədbir davam etdirilir.

Ziya SƏCCAD
BAKU.WS