VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Rusiya və Azərbaycan bir-birinə gələcəkdə müəllim hazırlamağa kömək edəcəklər.
 
BAKU.WS-in məlumatına görə, iki  ölkə arasında əməkdaşlıq təhsil sahəsində yeni imkanlar yaradacaq. Rusiyanın bir neçə  təhsil müəssəsi azərbaycanlı həmkarları ilə işləmək  üçün müqavilə bağlayıblar. Kazan Federal Universteti Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu ilə ortaq olub.
 
"Biz müəllimlər gələcək nəsillərin tərbiyəsi ilə məşğul oluruq. Bizi birləşdirən vacib məqam da elə budur.”  - deyə Təhsil Problemləri İnstitutunun "Beynəlxalq əməkdaşlıq və informasiya” şöbəsinin müdiri Almaz Həsrət bildirib. O, noyabr ayında Rusiyanın aparıcı elmi tədbirlərindən biri olan "Stayevskie çteniya Yelabuq”da iştirak edəcəyini bildirib. 

Parlamentlər arası dostluq qrupunun prezdenti Dmitri Savelyev isə bildirib ki, iki ölkə arasında əlaqələr zaman keçdikcə daha da güclənir: "Bu əməkdaşlıq təkcə Bakıda Rusiyanın aparıcı təhsil ocaqlarının açılması ilə əlaqədar deyil. Biz təhsilin bütün sahələrində əməkdaşlığımızı gücləndirəcəyik” – deyə o əlavə edib.

Azərbaycan yeganə Qafqaz ölkəsidir ki, təhsil müəsissələrində Azərbaycan dili ilə yanaşı Rus dili də tədris olunur. Azərbaycan və Rusiya nümayəndələrinin iştirakı ilə təhsil, biznes, tibb, ədəbi və mədəni sahələrində çoxlu sayda konfranslar keçirilir, forumlar təşkil edilir. Həmçinin, avqust ayında azərbaycanlı mütəxəssislərin iştirakı ilə Rusiyanın paytaxtı Moskva şəhərində beynəlxalq tədbir keçirilib.