SİZİN REKLAM BURADA!
055 213 76 73



"OBA" marketlər şəbəkəsində üzərində istehsal tarixi 15.03.19-cu il göstərilmiş yumurtaların martın 14-də satışa çıxarılması ilə bağlı məlumat vermişdik.


İstehsalçı şirkətdən məsələyə aydınlıq gətirilib. BAKU.WS-ə verilən məlumata görə, İstehsalçı şirkət olaraq bildiririk ki, istehsal olunan yumurtanın üzərinə səhəri gün istehsal edən şirkət adı və tarix yazılır.

“Sistem avtomatlaşdırıldığı üçün printerdə zaman avtomatik dəyişir. Hər gün tarix yazan printerdə tarix 1 gün geri çəkilməlidir. 14.03.2019-cu il tarixində mexaniki səhv olaraq geriyə düyməsi əvəzinə irəliyə düyməsi basılıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, məsələ ilə bağlı ilk olaraq BAKU.WS saytı məlumat yayıb. Məsələyə Qida Təhlükəsizlik Agentliyindən açıqlama verilib. Verilən BAKU.WS-ə məlumat verilib. Qurumun mətbuat katibi Aysel Fərzəliyeva bildirib ki, BAKU.WS saytında yayılan məlumatlardan sonra məsələ dərhal nəzarətə götürülüb. Araşdırmaların nəticələrinə dair geniş məlumat ictimayətə veriləcək.

BAKU.WS