SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçir.


Bu barədə qurumdan BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK)Novruz bayramı ilə əlaqədar martın 15-dən 27-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunacaq.

Sərnişinlər yaranacaq suallarla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzi, kassaların yanında yerləşən məlumat bürosu və perron nəzarətçilərinə müraciət edə bilərlər.

Məlumat üçün bildirək ki, səfər biletlərini reysin yola düşməsinə 10 gün qalmışdan başlayaraq, avtovağzalınvə Nizami küçəsi 126a ünvanında yerləşən “Silkway” turizm şirkətinin kassalarındanvə onlayn qaydada “avtovağzal.az” saytı üzərindən əldə etmək mümkündür.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.

BAKU.WS