SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış jurnalist Mübariz Aslanov AzTV-nin yeni yaradılan Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbər təyin olunması barədə yayılan məlumata münasibət bildirib.

BAKU.WS 
xəbər verir ki, o, hələlik, təyinat olmadığını bildirib.

“Son yayılan məlumatla bağlı açıqlamağa məcburam ki, hələ mən bu işə təyin olunmamışam, təyinat olmayıb və qərar verilməyib. Sadəcə ənənəvi olaraq edilən təklifi üzərimdə sınamaq üçün təcrübə dövründəyəm. Yəni, heç özüm də qərar verməmişəm” - deyə, jurnalist sosial şəbəkə hesabında bildirib.

Məlumat üçün bildirək ki, həmin vəzifəni yaxın günlərədək Xatirə Qasımova icra edirdi. X. Qasımova bir müddət əvvəl, vəzifəsindən azad olunaraq, qurumun akademiyasına göndərilib.

BAKU.WS

Mübariz Aslanov