VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xırdalan şəhərində yolda qazılan çuxur qəzaya səbəb olub.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, Heydər Əliyev adına parkın qarşısındakı yolda baş verib.

Hadisə şahidləri bildiriblər ki, “Azərsu" ASC-nin əməkdaşları yolu qazıblar. Sonradan əraziyə heç bir işarə qoyulmayıb. Nəticədə sürücü çuxuru görməyib və maşın ora düşüb.

Məsələ ilə bağlı “Azərsu" ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin ərazidə tikinti normalarına uyğun olaraq işlər görülüb.

“Ərazi dəmir çəpərlərlə əhatələnib. Ətrafı qırmızı-ağ lentlə bağlanıb. İşarə qoyulub. Burada qurumun işində heç bir problem yoxdu”, - deyə Anar Cəbrayıllı bildirib.

Ziya SƏCCAD
BAKU.WS