SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu ilin fevral ayı ərzində Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı mərkəzi”nə 1325 müraciət edilib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, edilən müraciətlərdən 347-si sertifikatlaşdırma və qeydiyyat, 286-sı idxal-ixrac əməliyyatları, 101-i istehlakçı hüquqlarının pozulması halları ilə əlaqədar olub.

Qida zəhərlənmələri ilə əlaqədar agentliyə 26 müraciət daxil olsa da, onlardan yalnız 11-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Ay ərzində daxil olan müraciətlərin 116-sı işə qəbulla bağlı, 449-u isə digər xarakterli müraciətlər olub.

BAKU.WS