VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Prezident İlham Əliyevin tapşırığı ilə bu gündən Novruz yarmarkaları keçirilir ki, sakinlərin seçim imkanı olsun.

BAKU.WS
 trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə deyib.

Onun sözlərinə görə, həm Bakı Şəhər İcra Hakimiyyətinə, həm də Kənd Təsərrüfatı Nazirliyinə və digər strukturlara birmənalı olaraq tapşırılıb ki, yarmarkalarda qiymətlərin aşağı olmasına nəzarət edilsin: “Bu formatdan səmərəli şəkildə istifadə etməliyik”.

İcra başçısı bildirib ki, Azərbaycanda sosial yönümlü tədbirlər həyata keçirilir, addım-addım hər şeyə nail olunur: "Ölkədə qiymətləri tənzimləmə siyasəti həyata keçirilir. Bu, birbaşa Prezidentin tapşırığıdır. Gördüyünüz kimi, mütəmadi yarmarkalar təşkil edilir ki, sakinlərdə seçim imkanı olsun. Bu proses davam etdiriləcək".

BAKU.WS