VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Zəlzələ bölgəsində afterşokların sayı azalmağa doğru gedir".


BAKU.WS xəbər bunu “report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

Onun sözlərinə görə, fevralın 5-də İsmayıllı rayonunda baş verən zəlzələdən sonra qeydə alınan afterşokların sayı azalıb:

"Zəif, hiss olunmayan və yaxud da gücü çox olan afterşoklar qeydə alınsa da, sayında azalmalar müşahidələr olunur. Afterşokların tədricən azalması gözlənilən idi.

Amma hələ də zəlzələ bölgəsində afterşoklar davam edir. Zəlzələ baş verdiyi ilk gündən sonra başlayan afterşokların sayı gün ərzində 90-a çatmışdı. Bu gün isə qeydə alınan afterşokların sayı 10-u ötmür. Azsaylı afterşoklar da zəlzələ ocağı sönənə qədər davam edəcək".

Qeyd edək ki, fevralın 5-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Zəlzələ Şamaxı rayonunda da hiss edilib. Nəticədə Şamaxıda 41 ev yaşayış üçün yararsız hesab edilib. 63 evin bərpasının mümkün olması, 42 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyənləşib.

BAKU.WS