Abşeron rayonunun və Sumqayıt şəhərinin böyük hissəsində internet təchizatı ilə bağlı problem yaranıb.


BAKU.WS “report”a istinadən xəbər verir ki, buna səbəb Azərbaycanın milli telekommunikasiya operatoru olan “Delta Telecom” şirkətinə məxsus fiber-optik kabelin zədələnməsidir.

Hadisənin kabelin altından keçdiyi avtomobil yolunda aparılan qazıntı işləri zamanı baş verdiyi bildirilir. Hazırda qəzanın nəticələri aradan qaldırılır.

BAKU.WS olaraq məsələ ilə bağlı “Delta Telecom”la əlaqə saxladıq.

Şirkətdən BAKU.WS-ə bildirdilər ki, mühəndislər yoxlamalar aparıb və onlara aid siqnal ötürən heç bir kabeldə problem və nasazlıq aşkar edilməyib.

“Deyildiyi kimi “Delta Telecom” şirkətinə məxsus fiber-optik kabel zədələnməyib. Əgər internet kəsintisi varsa, bu bizimlə bağlı problem deyil”, - deyə şirkətdən bildiriblər.

Ziya SƏCCAD
BAKU.WS