SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı aeroport yolunda sürət həddi endirilir.


Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə bildirib.

Onun verdiyi məlumata görə, hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Ziya SƏCCAD
BAKU.WS