VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda 29 yaşlı gənc oğlan itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, 1990-cı il təvəllüdlü Pərviz İlqar oğlu Quliyev fevralın 22-də metronun Azadlıq stansiyasının yaxınlığında itkin düşüb.

Onun itkin düşməsi barədə yaxınları sosial şəbəkələrdə məlumat paylaşıb. Qeyd olunur ki, Pərviz itkin düşərkən onun əynində qara rəngli gödəkcə və cins şalvar olub. Boyu 175 sanimetrdir.

Onu görənlərdən Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə və ya (055) 704 00 79 nömrəsinə məlumat vermələri xahiş olunur.

BAKU.WS