VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Fevralın 25-dən martın 1-dək köçəri quşların miqrasiyasını nəzərə alaraq növbəti monitorinq keçirilicək.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən BAKU.WS-ə verilən məlumata görə, monitorinqin keçirilməsində məqsəd ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyidir.

Məlumatda bildirilir ki, adiyyəti orqanların əməkdaşları ilə birgə baş tutacaq monitorinqlər QTA və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə respublikanın müxtəlif milli park və qoruqlarında, su-bataqlıq ərazilərində, eləcə də dəniz sahili ərazilərində reallaşdırılacaq.

Monitorinqlərin köçəri quşların müvəqqəti məskunlaşdığı Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatda, Salyan rayonundakı Şirvan Milli Parkında, Ağcabədi rayonundakı Ağ göl Milli Parkında və Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğunda həyata keçirilməsi nəzərdə tutulur.

Monitorinqlər zamanı ümumi baxış keçiriləcək, təsadüfi qaydada ovlananaraq götürülən quşlar və aşkar edilərsə quş cəsədlərinin patoloji materialları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə ediləcək.

BAKU.WS