VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yerli mətbuatda Gəncə şəhərinin "Aliminiumçular bağ massivi” adlandırılan ərazisində məskunlaşan bir ailənin çətin şəraitdə yaşaması barədə məlumatlar yayımlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov BAKU.WS-ə açıqlamasında həmin ailə ilə bağlı artıq tapşırıqlar verildiyini bildirdi:

"Bununla əlaqədar ilk növbədə ailə başçısı Taleh Məmmədovun işlə təminatına köməklik üçün o, yerli Məşğulluq Mərkəzinə dəvət edilib.

T.Məmmədova “İşsizin DOSTu” proqramı çərçivəsində ödənişli ictimai işə cəlb edilməsi təklif olunub. Vətəndaş razılaşaraq onunla əmək müqaviləsi bağlanılıb. Artıq o, işsiz deyil.

Eyni zamanda ailənin aztəminatlı olduğu nəzərə alınmaqla ünvanlı sosial yardımla təmin olunması üçün hüquqları və müraciət prosedurları izah olunub. Ailənin təmsilçisi tərəfindən sosial yardım üçün e-qaydada müraciət olunacaq. Bunun üçün ona texniki köməklik də göstəriləcək".

BAKU.WS