SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda bahalı avtomobili yolun ortasında park edən sürücünün görüntüləri sosial şəbəkələrdə yayılıb.

BAKU.WS Avtosfer.az-a istinadən xəbər verir ki, sürücü avtomobili yola perpendikulyar saxlayaraq zolağın yarısını tutub. Avtomobilin digər yarısı isə Milli Parkın ərazisindədir.

Ən maraqlısı isə avtomobilin kənarları konuslarla əhatələnib. Elə bil ki, həmin ərazi avtomobil sahibinin şəxsi əmlakıdır. Yəqin ki bunu edən ərazidəki qanunsuz "parkovşikin" işidir.

Sosial şəbəkə izləyiciləri sürücü barədə müxtəlif rəylər yazıblar.

BAKU.WS