SİZİN REKLAM BURADA!
055 213 76 73



"Azərbaycan Dəmir Yolları" QSC fevralın 4-dən Bakı-Gəncə sürət qatarının hərəkət qrafikini və gediş haqqını dəyişir.

BAKU.WS xəbər verir ki, 2018-ci ilin dekabr ayının 30-dan etibarən istifadəyə verilən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına daha çox sərnişinlərin cəlb edilməsi və onların məmnunluğunu qazanmaq məqsədi ilə keçirilən sorğular nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC sözügedən marşruta mühüm dəyişikliklər tətbiq edəcək. Qatarın hərəkət qrafiki və gediş haqqı tarifləri ilə bağlı olan yeniliklər 2019-cu ilin fevral ayının 4-dən etibarən həyata keçiriləcək.

Belə ki, bu vaxta qədər günaşırı hərəkətdə olan, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı, fevralın 4-dən başlayaraq hər gün reysə çıxacaq və yeni cədvələ uyğun olaraq, saat 845-də Bakıdan Gəncəyə və elə həmin gün saat 1700-da Gəncədən Bakıya yola düşəcək. Qatarın yolda olma vaxtı isə azaldılaraq 4 saat 15 dəqiqə təşkil edəcək.

Gediş haqqı tariflərinə gəlincə, standart vaqonlarda qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif (first class) və biznes vaqonlarda isə gediş haqqı dəyişilmədən saxlanılacaq. Standart vaqonlarda səhər yeməyinin və sərinləşdirici içkilərin pulsuz verilməsi isə dayandırılacaq. Sərnişinlər istədikləri zaman, qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər.

Qeyd edək ki, birinci sinif (first class) və biznes vaqonlarda yemək və sərinləşdirici içkilərin verilmə qaydası dəyişməz olaraq qalacaq.

Qeyd:

Sərnişinin 5 yaşadək bir uşağı (əgər o ayrıca yer tutmursa) özü ilə pulsuz aparmaq hüququ vardır. Bu zaman uşaq üçün pulsuz gediş sənədi tərtib edilir.

- 5 yaşa qədər uşaq ayrıca yer tutarsa, ona uşaq tarifi üzrə gediş sənədi (bileti) alınmalıdır.

- sərnişinlə gedən bir uşaqdan artıq 5 yaşa qədər uşaqların hər birinə uşaq tarifi ilə gediş sənədləri (biletlər) alınmalıdır.

- 5 yaşdan 10 yaşadək uşaqlara gediş sənədləri (biletləri) uşaq tarifi ilə sənədləşdirilir.

- 10 yaşdan böyük uşaqlara tam tarif ilə gediş sənədləri (biletlər) tərtib edilir.

BAKU.WS


 
 
Istiqamət
 
Məsafə
km
Siniflər üzrə Tariflər
(ƏDV daxil olmaqla)
(AZN)
TamUşaq
StandartBiznesBirinci klassStandartBiznesBirinci klass
Bakı-Gəncə36410.050.0100.05.025.050.0
Bakı-Goran31910.047.093.05.023.546.5
Bakı-Yevlax2949.043.087.04.521.543.5
        
Biləcəri -Gəncə35010.047.093.05.023.546.5
Biləcəri -Goran30510.047.093.05.023.546.5
Biləcəri -Yevlax2809.043.087.04.521.543.5
        
Yevlax -Gəncə703.015.030.01.57.515.0
Yevlax -Goran252.011.023.01.05.511.5
Yevlax -Biləcəri2809.043.087.04.521.543.5
Yevlax - Bakı2949.043.087.04.521.543.5
        
Goran -Gəncə453.012.025.01.56.012.5
Goran -Yevlax252.011.023.01.05.511.5
Goran -Biləcəri30510.047.093.05.023.546.5
Goran- Bakı31910.047.093.05.023.546.5
        
Gəncə - Goran453.012.025.01.56.012.5
Gəncə - Yevlax703.015.030.01.57.515.0
Gəncə - Biləcəri35010.047.093.05.023.546.5
Gəncə - Bakı36410.050.0100.05.025.050.0