SİZİN REKLAM BURADA!
055 213 76 73



Çinin “Huawei” şirkətinin yeni modellərinin satışı bazarda artıq yeni vəziyyət formalaşdırıb. Belə ki, şirkət dünya bazarlarında smartfon satışı ilə “Samsung” şirkətindən sonra ikinci yerdə qərarlaşıb.

“Huawei” şirkətinin ötən ilin sonunda təqdim etdiyi Mate 20 Pro modeli artıq üç aydan çoxdur ki, ciddi müzakirələrə səbəb olur. Onun üstünlükləri və digər modellərdən fərqləri ilə bağlı analitik yazılar, araşdırmalar aparılır, mütəxsiislər öz fikirlərini bildirir.

Bu model korpusun forması, istifadə olunan dizayn elementləri ilə hətta uzaqdan belə seçilir. Korpusun kənarında telefonu işə salmaq üçün lazım olan düymənin qırmızı rəngdə olması gözdən yayınmır.

Onu da qeyd edək ki, hazırda digər smartfon istehsalçıları hələ də ikili kamera sistemləri üzərində təkrar işlər aparsa da, “Huawei” artıq üçlü kameralara keçid edib. Xüsusilə də “Huawei Mate 20” seriyası Leica Ultra Geniş Bucaqlı Linzaları ilə Leica Üçlü Kamerasını təqdim edib.

Smartfon istehsalçılarının “Huawei”in işə saldığı süni intellektə əsaslanan fotoşəkil funksiyası ilə ayaqlaşmağa çalışdığı bir vaxtda “Huaweı Mate 20” seriyası süni intellektə əsaslanan videoçəkiliş funksionallığını təqdim edib ki, bu funksionallıq da daha çox səy tələb edən videoların hazırlanmasına imkan verir.

“Huawei Mate 20” seriyasının yeni dizaynı zümrüdü-yaşıl rəngli seriyadır. Bu seriya öz adına uyğun olaraq qiymətli zümrüd daşının yarımşəffaf yaşıl kölgəsi rəngindədir.

Göründüyü kimi, “Huawei” şirkəti yeni smartfon seriyası və ona olan maraq sayəsində bazarda yeni vəziyyətin formalaşmasına səbəb olub.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:

https://www.facebook.com/HuaweimobileAZ/
https://www.instagram.com/huaweimobileaz/
https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A