SİZİN REKLAM BURADA!
055 213 76 73



Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Wörwag Pharma GmbH and Ko.KG” şirkətinin “Thiogamma®Turbo” infuziya üçün məhlul dərman vasitəsinin 18F103 seriya ilə buraxılmış flakonları geri çağırılıb.


BAKU.WS-in məlumatına görə, Analitik Ekspertiza Mərkəzindən “oxu.az”ın sorğusuna cavab olaraq bildirilib ki, həmin seriyalı flakonlar ölkəyə idxal olunmamışdan yoxlama zamanı problem aşkar olunub:

“İdxala icazə verilməyib. Yəni ölkəyə həmin seriyalı flakonlar idxal olunmayıb”.

2018-ci ildə Dərman vasitələrinin idxal-ekspertiza şöbəsi tərəfindən mərkəzin laboratoriyasına yönləndirilmiş 31886 sayda dərman vasitəsinin analizi aparılaraq müvafiq rəylər verilib.

BAKU.WS