SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bakı Metropoliteni" QCS-nin "Elmlər Akademiyası" stansiyasının çıxışlarından biri bağlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib və foto paylaşılıb.

Məsələ ilə əlaqədar "Bakı Metropoliteni" ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, stansiyanın çıxışı təhlükəsizliyin təmin edilməsi məqsədilə bağlanılıb.

"İki gündür ki, Bakıda güclü şimal küləyi var. Külək stansiyanın giriş və çıxışlarında güclü hava axını (yelçəkən) yaradır. Bu zaman kimsə yıxıla bilər. Bu səbəbdən də, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bu günlərdə sərnişinlərin az olmasını nəzərə alaraq stansiyanın bu çıxışı bağlanıb. Əgər sərnişin sıxlığı müşahidə olunarsa, həmin çıxış da açılacaq”, - deyə B.Məmmədov bildirib.

BAKU.WS