SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gecə saat 3-dən başlayan külək Bakıda ağacları kökündən qoparıb və bir sıra fəsadlar yaradıb.


Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib.

Qurum rəsmisi bildirib ki, bu saatlara qədər paytaxtda 4 ağac aşıb.

“Hələlik bizə verilən məlumata görə 4 ağac aşıb. Problemi aradan qaldırmışıq. Axşam külək nəhəng şam ağacını kökündən qoparıb və bir neçə metr kənara atıb”, - deyə Orxan Məmmədov bildirib.

Qurum rəsmisi paytaxt sakinlərinə güclü küləklə bağlı müraciət də edib:

“Sürücülərdən xahiş edirik ki, maşınlarını böyük ağacların altında saxlamasınlar. Hətta insanların özü də ağacların altında dayanmasınlar. Son dərəcə diqqətli olmaq lazımdır”, - deyə Orxan Məmmədov bildirib.

Ziya SƏCCAD
BAKU.WS