SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu ərazilərdə elektrik enerjisinin verilişi dayandırılacaq.


BAKU.WS xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən bildirilib.

Verilən məlumata görə, Bağlar ETSİ-nin xidmət ərazisində yerləşən 110/35/6 kV-luq 136 saylı y/st-ya gələn 110 kV-luq EVX-də yenidənqurma işləri ilə əlaqədar olaraq 14-15 yanvar 2019-cu il tarixlərində Qurd Dərəsi, Sarıqaya, Fatmayı, Novxanı, Görədil bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.

BAKU.WS