VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbin direktor müavini Təranə Nəsirova sözegedən məktəbin direktor əvəzi Həqiqət Abdullayeva barədə şəhər prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib.

BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, Nəsirova ərizədə Həqiqət Abdullayevanın onu ölüm həddinə çatdırdığını, şərəf və ləyaqətini tapdaladığını, təhqir etdiyini yazıb. Əməkdaşımız məsələ ilə bağlı direktor əvəzi H.Abdullayeva ilə əlaqə saxlayıb.

O, bildirib ki, bu barədə məlumat vermək istəmir:

"Mən o barədə heç nə danışmaq istəmirəm. Belə bir şey də yoxdur. Xanım ərizə yazıb, nə edibsə, gedin, onun özü ilə danışın. Mən bu barədə danışmaq istəmirəm. Bilmirəm, bu söz-söhbətlər hardan çıxıb".

Qeyd edək ki, H. Abdullayeva sözügedən təhsil ocağında ötən ildən direktor əvəzi vəzifəsini icra edir.

BAKU.WS