SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhərinin müxtəlif küçə və prospektlərində minik avtomobillərinin, əsasən də taksilərin avtobus dayanacaqlarının ərazisini zəbt etməsi adi hal alıb.

BAKU.WS bu gün Yasamal rayonu Şərifzadə küçəsində Respublika Xəstəxanasının qarşısında Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni yaradılmış avtobus dayanacağının fotosunu təqdim edir.

Avtomobillərin avtobus dayanacağını tamamilə zəbt etməsi sərnişinlərin və avtobus sürücülərinin narahatlıq yaşamasına, yollarda qəza riskinin artmasına səbəb olur.

BAKU.WS