SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gündən Bakıda əsən güclü külək yollarda bir çox fəsadlar yaradıb.


BAKU.WS xəbər verir ki, bu barədə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Verilən məlumata görə, əsən güclü külək nəticəsində Bakı Dairəvi-1 avtomobil yolunda, Yeni Yasamal yaşayış massivinə gedən yolun kəsişməsində yerləşən 10 metr hündürlüyə malik T tipli məlumatverici lövhəni aşırıb.

Aşan lövhə Yeni Yasamal yaşayış massivinə gedən yolda, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.

Dərhal əraziyə AAYDA-nin əməkdaşları cəlb olunaraq aşan dirək ərazidən kənarlaşdırılıb və avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

BAKU.WS