VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda, 2015-ci ildə şəhid olmuş zabit İqbal Əhmədovun ailəsinə baş cəkib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə şəhid ailəsini təbrik edən millət vəkili, qarşıdan gələn Yeni il münasibətilə bu ailəyə can sağlığı, əminamanlıq və xoşbəxtlik arzulayıb.

Səmimi və mehriban kecən görüşdə “Sizin ailəni öz ailəmdən ayırmiram. Sizi arayıb axtarmağı bir deputat, komitə sədri, bir Azərbaycan vətəndaşı kimi özümə borc sayiram. Qayğı və problemləriniz mənim daim diqqət mərkəzimdədir” deyən Hadi Rəcəbli artıq neçə ildir ki, bu ailəyə olan diqqətini heç vaxt azaltmayıb.

H.Rəcəbli ölkə başçısı İlham Əliyevin 2019-cu il üçün şəhid ailələri və Qarabağ əlilləri ilə bağlı verdiyi bir sira sərəncamlardan, Milli Məclisdə onların sosial durumunun yaxşılaşdırılması üçün yazılmış qanun layihələrindən söhbət açıb.

Şəhidin ailəsi də öz növbəsində prezident İlham Əliyevə öz təşəkkürünü, deputata minnətdarlığını bildirib.

Sonda şəhid ailəsinə maddi yardım göstərilib.

modern.az
BAKU.WS