Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 27-də Nazirliyin Baş İctimai Təhlükəsizlik və Yasamal Rayon Polis idarələrinin əməkdaşları birgə tədbirlər keçiriblər.

Reydlər nəticəsində rayon ərazisində 2 köşkdə s

Polis əməkdaşları tərəfindən həmin mağazaların 2 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuş və hər biri 100 manat cərimə olunublar.

Bu istiqamətdə reydlər davam etdirilir.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ